Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Əsədov Tatarıstan Prezidenti ilə görüşüb

Noyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov ilə görüşüb. 


Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Tatarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib. 
Rüstəm Minnixanovun səfəri çərçivəsində Bakıda keçirilmiş Azərbaycan–­Tatarıstan ­işgüzar forumunun əhəmiyyəti vurğulanıb. Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Tatarıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan–Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.

 

“Xalq qəzeti”

30 Noyabr 2022 03:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə