Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan qazı Avropa bazarında...

Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfransda ölkəmizdə sənayenin davamlı inkişaf etdiyini, eyni zamanda, əhalinin artdığını vurğulayaraq, hazırda Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin sürətlə aparıldığını, geniş məskunlaşdırılmaya ciddi hazırlıq görüldüyünü və bu səbəbdən də perspektivdə təbii qaza tələbatın yüksələcəyini diqqətə çatdırıb. 

Bəs belə təqdirdə nə edilməlidir, hansı layihələr həyata keçirilməlidir? Ölkə rəhbəri bu sualla bağlı deyib: “Əlbəttə ki, biz mövcud yataqlardan və növbəti ildən etibarən istifadəyə veriləcək yeni yataqlardan qaz hasilatını artırmağı planlaşdıran əcnəbi neft şirkətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik. Xüsusilə böyük qaz kondensatı yatağı olan “Abşeron”da gələn ildən etibarən hasilata başlanılacaq. Hasilatın birinci fazası 1,5 milyard kubmetr olacaq və əlbəttə ki, hasilatın bir neçə dəfə artırılması üçün potensial var”.
Yeri gəlmişkən, neft sənayesində xüsusi önəm daşıyan “Abşeron” yatağı ölkəmizin karbohidrogen ehtiyatlarında önəmli paya malikdir. Ehtiyatları 350-360 milyard kubmetr həcmində qiymətləndirilən bu yatağın həm daxili tələbatın ödənilməsinə, həm də ölkəmizin ixrac potensialının güclənməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, “Abşeron” yatağı üzrə işlərə başlanılması ilə neft istehsalında yeni bir mərhələyə start verilib. Bu yataq “Azəri”, “Çıraq”, “Günəşli” “Şahdəniz” və digər strukturlar kimi zəngin enerji mənbəyi kimi qəbul edilib. Eyni zamanda, “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qazın da TANAP xətti ilə Türkiyəyə ötürüləcəyi nəzərdə tutulub.
“Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” üzrə müqavildən sonra imzalanıb və iqtisadi əhəmiyyətinə görə, çox mühüm yer tutur. Bu layihə Azərbaycanın neft ölkəsindən qaz ölkəsinə çevrilməsində mühüm əhəmiyyət kəsb edir. Artıq respublikamız TANAP və TAP kəmərləri ilə Avropanın zəngin və etibarlı enerji təminatçısı hesab olunur. Ekspertlər tərəfindən “Abşeron” yatağı bu enerji sisteminin tərkib hissəsi kimi uzun illər dünyanın enerji xəritəsində yer tutmaqla ölkəmizin beynəlxalq aləmdə layiqli yerini möhkəmləndirəcəyinə əminlik bildirilir. 
Ümumiyyətlə, Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyinə böyük töhfələr verən lider dövlətlər sırasında yer alır. Əlbəttə, belə bir uğur respublikamızın zəngin neft-qaz potensialı ilə bağlıdır. Ölkəmizin təsdiqlənən qaz ehtiyatlarının təqribən 3 trilyon kubmetr olması, “qara qızıl” ehtiyatları həcminin isə 2,5 trilyon kubmetr səviyyəsində qeydə alınması bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, burada Prezident İlham Əliyevin çıxışında diqqətçəkən bir məqama da toxunmaq istərdik. Dövlətimizin başçısı Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycanın 10-dan çox Avropa ölkəsindən təbii qaz ixracı ilə bağlı sifarişlər aldığını qeyd edib. “Bu sifarişlərdə ya mövcud təchizat həcmini artırmaq, ya da yeni qaz həcmlərini təmin etmək xahiş olunur. Hazırda biz bütün bu sifarişləri qiymətləndiririk. İndi bütün sifarişləri təmin etmək üçün bizim kifayət qədər qazımız yoxdur. Ona görə də hesab edirəm ki, dərhal kommersiya məsələləri üzrə danışıqlara başlamaq lazımdır, xüsusən də artıq Azərbaycan qazını qəbul edən ölkələrlə. Çünki bunun üçün boru kəmərləri və müvafiq hüquqi baza artıq mövcuddur. Eyni zamanda, biz ixracın coğrafiyasını genişləndirməyi planlaşdırırıq. Biz interkonnektorların tikintisi ilə bağlı Avropadan daxil olan təşəbbüsləri tam surətdə dəstəkləyirik. Belə interkonnektorlardan birinin açılış mərasimi keçən ay mənim də iştirakımla Sofiyada keçirilmişdir. Söhbət Yunanıstan-Bolqarıstan İnterkonnektorundan gedir”.
Dövlətimizin başçısının çıxışında diqqətə yönəldilən bu məqamla bağlı ekspert rəyi xüsusi maraq doğurur. 

30 Noyabr 2022 01:56 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Fevral 2023 | 15:05
Muğanda nəhəng aqropark

Köhnə versiyamızdan xəbərləri izlə