Ən son xəbərlər
Hazırda Hadrut, Tuğ, Daşaltı, Suqovuşan və Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu barədə “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
F.Nağıyev bildirib ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və orada turistlərin qəbuluna başlanacaq.
İlkin proqnozlara əsasən, 2025-ci ilə qədər həm daxili, həm xarici turislər nəzərə alınmaqla təxminən bir milyona yaxın insan həmin ərazilərə səfər edəcək. Bu məqsədlə artıq hazırlıq işlərinə başlanılıb.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə