Ən son xəbərlər
“Azərbaycanla İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələri arasında çox sıx iqtisadi əməkdaşlıq mövcuddur, bu əlaqələr artan xətlə inkişaf etməkdədir”.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun İslam Əməkdaşlığı Təşkilatının (İƏT) iqtisadi və ticarət əməkdaşlığına dair Daimi Komitəsinin 38-ci iclası gedişində mətbuata bildirdiyinə əsasən, Azərbaycanla İƏT-ə üzv ölkələr arasında çox sıx iqtisadi əməkdaşlıq mövcuddur, bu əlaqələr artan xətlə inkişaf etməkdədir.
Nazir müavini, həmçinin bu ilin 10 ayında respublikamızla adı çəkilən təşkilata üzv ölkələrin ticarət dövriyyəsinin 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artaraq, 7,7 milyard ABŞ dollarına çatdığını, xarici ticarət dövriyyəsində mövcud payın 16,5 faiz təşkil etdiyini vurğulayıb.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə