Ən son xəbərlər
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Moskvaya səfəri çərçivəsində Rusiyanın dövlət başçısı Vladimir Putinlə müzakirə etdiyi məsələlərdən biri haqqında məlumat açıqlanıb. Xəbəri “İnterfaks.ru” verib.
Məlumata görə, Putin Tokayevə Rusiya, Qazaxıstan və Özbəkistan arasında üçtərəfli ittifaq yaradılmasını təklif edib. Qazaxıstan tərəfinin dünən açıqladığı məlumata görə, ittifaq qaz məsələsi ilə bağlı olacaq. Bildirilib ki, bu barədə müzakirələr hələ davam etdiriləcək.
Bildirilir ki, rəsmi Daşkəndin təklifə necə münasibət bəslədiyi Rusiyanın baş naziri Mixail Mişustinin Özbəkistana dekabrın əvvəlinə planlaşdırılan səfəri zamanı müzakirə ediləcək.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə