Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə, İsveç və Finlandiya arasında müzakirə

Dünən Buxarestdə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə dair prosesi müzakirə ediblər. Bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. Məlumatı “Anadolu” verib. 


Nazir bildirib ki, məlum üzvlük məsələsində Finlandiya ilə sıxıntılar o qədər də böyük deyil: “Daha çox İsveçlə sıxıntılarımız var. İsveç bu istiqamətdə tələb olunan daha ciddi addımlar atmalıdır”.
Mövlud Çavuşoğlu təəssüflə bildirib ki, tərəflər götürdükləri öhdəliklərin bir qismini yerinə yetiriblər, bəzilərinə əməl etməyiblər.
Xatırladaq ki, Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsində Türkiyənin beynəlxalq hüquqa əsaslanan haqlı tələbləri var. İllərdən bəri Türkiyənin FETÖ və PKK üzvləri başda olmaqla, terrorçuluqda ittiham etdiyi şəxsləri geri almaq tələbləri qulaqardına vurulub. İndi isə rəsmi Ankara tələblərində sərt və qətiyyətlidir. Dəfələrlə vurğulanıb ki,  tərəflər qanunvericiliklərində dəyişiklik etməklə terrorçuların təhvil verilməsinə hüquqi əsas yaratmalı, eyni zamanda, bu ölkələrdə terror təşkilatlarının Türkiyə əleyhinə fəaliyyətinə, radikal aksiyalar da daxil olmaqla qanunsuz hərəkətlərinə son qoyulmalıdır.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

30 Noyabr 2022 00:41 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Fevral 2023 | 14:48
Musiqi notları necə yaranıb?
5 Fevral 2023 | 01:58
İranın uran yalanı

Köhnə versiyamızdan xəbərləri izlə