Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Şurasının nümayəndələri Mətbuat Şurasında olublar

Bu gün Avropa Şurasının İnformasiya cəmiyyəti departamentinin proqramlar meneceri Şahin Rzayev və qurumun Bakı ofisinin layihələr rəhbəri Vüsal Behbudov Azərbaycan Mətbuat Şurasında olublar. Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının təşəbbüsü ilə keçirilmiş görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə "Xalq qəzeti"nə Mətbuat Şurasının Mətbuat xidmətindən məlumat verilib.

MŞ sədri Rəşad Məcid bildirib ki, Avropa Şurası Azərbaycan mediası ilə, o cümlədən, rəhbərlik etdiyi qurumla hər zaman effektiv çalışıb. Bu fəaliyyətin həm jurnalistika, həm də cəmiyyət üçün konkret faydaları var. R.Məcid ötən illər ərzində formalaşmış bazaya görə mövcud istiqamətdəki əməkdaşlığın gələcəkdə də davamlı olacağına inandığını deyib.

Avropa Şurasının nümayəndələri Ş.Rzayev və V.Behbudov çıxışlarında təmsil olunduqları qurumla Mətbuat Şurasının indiyədək mövcud olmuş birgə fəaliyyət sahələrindən söz açıblar. Bildirilib ki, hazırda AŞ “Media peşəkarlığı və informasiya azadlığı” layihəsinə start verib və layihəyə V.Behbudov rəhbərlik edir. Bu təşəbbüs çərçivəsində diqqət yetiriləcək məqamlar isə əsasən hərbi jurnalistika, media qanunvericiliyi, media savadlılığı, dezinformasiyalar və digər məsələlər olacaqdır.

MŞ-nin Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərlinin, komissiya üzvü Yeganə Hacıyevanın çıxışlarında müzakirə edilən mövzunun, eləcə də perspektiv əməkdaşlığın müxtəlif istiqamətləri barədə fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.

29 Noyabr 2022 16:13 - CƏMİYYƏT
CƏMİYYƏT
5 Fevral 2023 | 14:57
Șəhidlərə vəfa borcu
5 Fevral 2023 | 13:22
Qaqauzlar – Avropa türkləri

Köhnə versiyamızdan xəbərləri izlə