Ən son xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında Ə. Haqverdiyevin "Kimdir müqəssir" vodevili əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.
"Xalq qəzeti" xəbər verir ki, istedadlı rejissor Fuad Kazımovun quruluş verdiyi tamaşa Sumqayıt Musiqi Kollecinin kollektivi ilə birgə layihə kimi alqışlarla qarşılanıb. Teatrın direktoru, Əməkdar artist Vidadi Məmmədov və rejissor Fuad Kazımov da kollec rəhbərliyinə, şəxsən dosent Səbinə Mehdiyevaya uğurlu əməkdaşlığa görə minnətdarlığını bildirdilər.
Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, icraçı rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.
Köhnə versiyamızdan xəbərləri izlə