Ən son xəbərlər
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sərgiyə gələnlərə dəri mozaikası, üzərində ənənəvi tatar naxışları olan keçə xalça yaradılması və muncuqla tikmə üsulu ilə milli baş geyimlərinin hazırlanması üzrə ustad dərsləri təqdim edilib.
Bu barədə "Xalq qəzeti"nə Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən məlumat verilib.
Dərsləri Tatarıstan Respublikasının xalq tətbiqi sənət ustaları nümayiş etdiriblər. Bundan əlavə, Volqa Bulqariyasında İslam dininin qəbul edilməsinin 1100 illiyinə həsr edilmiş “Bizi düz yol ilə apar” adlı fotosərgi, habelə “İbn Fədlan” sənədli-bədii filmi nümayiş etdirilib.
Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova və “Yaşlek” Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov qonaqları – Azərbaycan Tatar İcmasının nümayəndələrini salamlayıblar.
Köhnə versiyamızdan xəbərləri izlə