Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazilərə hər kəs həssaslıqla yanaşmalıdır

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin bir qrup qazisi ilə görüşüb. Milli Məclisdə keçirilən görüşdə qazilərlə ətraflı söhbət edən Q.Paşayeva, onların ürək sözlərini dinləyib, özlərinin və ailələrinin qayğıları ilə yaxından maraqlanıb.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə yüksək diqqət-qayğısından, həssas münasibətindən söz açıb, bu həssaslığın hər bir deputat, hər bir dövlət qulluqçusu, hər ziyalı üçün də əsil örnək olduğunu deyib.  

Qazilərin sağlamlıqlarına qovuşması üçün aparılan sosial dəstək  və reabilitasiya tədbirlərindən söz açan komitə sədri, dövlət tərəfindən onların ölkəmizdə, həmçinin xaricdə müayinə olunmaları və müalicə almaları üçün həyata keçirilən işləri diqqətə çatdırıb. Q.Paşayeva qazilərlə hər bir görüşün onun üçün əziz, doğma görüş olduğunu bildirib, onların şəhid olan cəbhə yoldaşlarının əziz ruhuna dərin ehtiramını yetirib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

29 Noyabr 2022 10:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
29 Yanvar 2023 | 11:32
Qışda hansı ədviyyat?
27 Yanvar 2023 | 01:30
Mənzil almağa tələsin!

Köhnə versiyamızdan xəbərləri izlə