Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ömər Faiqin ömür yolu elektron bazada

Bu il Azərbaycan milli mətbuatının görkəmli nümayəndəsi, publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasından 150 il keçir. Prezident İlham Əliyev yubileyin qeyd edilməsi barədə sərəncam imzalayıb. Mədəniyyət Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “İctimai xadim, maarifçi Ömər Faiq Nemanzadə” adlı elektron məlumat bazası hazırlanıb.

 

Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək, keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini Vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparmışdır. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil etmişdir.

 

Elektron məlumat bazası ilə http://anl.az/el/emb/O.F.Nemanzde/index.htm linkindən tanış olmaq olar.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

27 Noyabr 2022 13:32 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
5 Fevral 2023 | 13:29
Xəlil Rza Ulutürk
3 Fevral 2023 | 09:13
Kitab fondu zənginləşir
29 Yanvar 2023 | 12:40
“Ağ kölgə”nin işığı

Köhnə versiyamızdan xəbərləri izlə