Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert rəyi

Samir HEYDƏROV,

iqtisadçı-ekspert

 

Prezident İlham Əliyev beynəlxalq konfransda bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında mövcud potensial nəzərə alınaraq, təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını bildirib. Şübhəsiz ki, ölkə rəhbəri bu sahədə zəngin ehtiyatlardan bəhs etməklə, ölkəmizin gələcək illərdə istismara verməyi planlaşdırdığı yeni “Abşeron”, “Ümid”, “Babək”, “Asiman” və “Şəfəq” qaz yataqlarını diqqətə çatdırıb. Digər tərəfdən, bu məsələdə Azərbaycanın enerji şirkəti olan SOCAR-da ciddi islahatlar aparılmasının da mühüm rol oynadığını vurğulayıb. Ölkə rəhbəri bu fikrin təsdiqi üçün deyib: “Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək. Həmçinin bərpaolunan enerji mənbələri ilə bağlı beynəlxalq investorlarla başladığımız layihələr artıq həyata keçirilir. Yəqin ki, gələn ilin sonunadək 470 meqavat külək və günəş enerjisi mövcud olacaq. Üstəlik, Cəbrayıldakı 230 meqavat gücündə Günəş elektrik stansiyası buna əlavə həcm verəcək. Bu bizə əlavə qaza qənaət etmək imkanı verəcək. Başqa sözlə, biz iyul ayında Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumunu tam icra edə biləcəyik. Lakin bunun üçün biz türk dostlarımızla razılaşmalarımızı yekunlaşdırmalıyıq. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq”.

 

Dövlətimizin başçısı konfransda Azərbaycanın BP ilə planlarına da toxunaraq, əməkdaşlığın davam etdirildiyini, bu şirkətin ölkəmizin strateji sərmayədarı kimi “Azəri–Çıraq–Günəşli” və “Şahdəniz”in əməliyyatçısı olduğunu vurğulayıb.

 

Konfransda “Azəri–ÇıraqGünəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsinin hazırda heç zaman olmadığı qədər zəruri prosesə çevrildiyi, bununla əlaqədar BP ilə SOCAR arasında həmin layihə üzərində danışıqların çox uğurla aparıldığı qeyd edilib. Eyni zamanda, BP-nin “yaşıl enerji”yə keçiddə iştirakına da toxunularaq, əslində, şirkətin bu prosesə rəhbərlik etdiyi, işğalçıdan təmizlənən Cəbrayılda Günəş enerji stansiyasına investisiya yatırmaq qərarı yüksək dəyərləndirilib. Prezident İlham Əliyev bu məqamla bağlı bildirib: “Bu, onların nəinki Azərbaycanda bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır. Buna görə biz çox minnətdarıq ki, 230 meqavatlıq Günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq”.

 

Dövlətimizin başçısı konfransda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji mənbələri ilə bağlı artıq ilkin dəqiq təhlil aparıldığını vurğulayaraq, Günəş və külək enerjisinin minimal potensialının 9200 meqavat təşkil etdiyini, hidroenerji potensialının isə 600 meqavat olduğunu diqqətə çatdırıb.

 

Ölkə rəhbəri işğalçıdan təmizlənən ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyasının tikilməsinin nəzərdə tutulduğunu, onların 5-nin artıq istismara verildiyini xatırladıb. Dövlət başçısı adları çəkilən iqtisadi rayonlarda bərpaolunan enerji mənbələrini böyük potensial kimi dəyərləndirərək, bunun sayəsində daha çox enerji istehsal etməklə, daha çox qazın beynəlxalq bazarlara yönəldilmək imkanını xatırladıb.

27 Noyabr 2022 13:13 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Fevral 2023 | 15:05
Muğanda nəhəng aqropark

Köhnə versiyamızdan xəbərləri izlə