Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərəb KİV-i: Azərbaycan Prezidenti İsraildə səfirliyin və Fələstində Təmsilçilik Ofisinin açılmasının milli maraqlara əsaslandığını bildirib

Ərəb ölkələrinin nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat mövzusunda keçirilən konfransdakı çıxışında İsraildə səfirlik və Fələstində Təmsilçilik Ofisinin açılması barədə fikirlərini əsas xəbər olaraq yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Fələstinin “Səma”, Birləşmiş Ərəb Əmirliklərinin “Emarat”, Livanın “Əl Nəşra”, Misirin “Dar əl Hilal” və sair qəzet və portallarında yayımlanan materiallarda Prezident İlham Əliyevin bu diplomatik addımların ölkənin milli maraqlarına əsaslanması barədə sözləri yer alıb. Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı bu qərarın sülhün möhkəmlənməsi işinə və bu dövlətlərdə uzunmüddətli, səmərəli əməkdaşlığa xidmət edəcəyini qeyd edib.

 

Ərəb KİV-lərinin xəbərlərində o da vurğulanıb ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanı daim dəstəklədiklərinə görə Ərəb Dövlətləri Liqasının üzvlərinə təşəkkürünü bildirib.

 

Oqtay BAYRAMOV

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

27 Noyabr 2022 12:22 -
29 Yanvar 2023 | 12:13
Sumqayıtda şair məclisi

Köhnə versiyamızdan xəbərləri izlə