Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:
Allahverdiyev Əli Kərim oğlu  - Mülki Kollegiyanın sədri
Qurbanov Yusifəli Süleyman oğlu  - İnzibati-İqtisadi Kollegiyanın sədri
Mirzəyev İlqar Məhərrəm oğlu  - Cinayət Kollegiyasının sədri 
Quliyev Vüqar Kərim oğlu  - Hərbi Kollegiyanın sədri
2. Aşağıdakı şəxslər apellyasiya məhkəmələri sədrlərinin müavinləri və məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:
Bakı Apellyasiya Məhkəməsi üzrə:
Abiyeva Kəmalə Nəbi qızı  - sədrin müavini 
Məmmədov Məmməd Allahverdi oğlu  - Mülki Kollegiyanın sədri
Məmmədov Vidadi Məmməd oğlu  - İnzibati-İqtisadi Kollegiyanın sədri
Səfərov Rizvan Kamal oğlu  - Cinayət Kollegiyasının sədri 
Qasımov Faiq Adil oğlu  - Hərbi Kollegiyanın sədri
Gəncə Apellyasiya Məhkəməsi üzrə:
Quliyev Nuru Nadir oğlu  - sədrin müavini 
Muradov Rəhman Şaban oğlu  - Mülki Kollegiyanın sədri
Mamedov Rəşad Ziyaviddin oğlu  - İnzibati-İqtisadi Kollegiyanın sədri
Muxtarov Teyyub Asif oğlu  - Cinayət Kollegiyasının sədri 
Hüseynov Salman Bilal oğlu  - Hərbi Kollegiyanın sədri
Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:
Mövsümov Nazim Rasim oğlu  - sədrin müavini 
Abbasov Aqil Əzizağa oğlu  - Mülki Kollegiyanın sədri
Nəsibov Nazim Məcid oğlu  - İnzibati-İqtisadi Kollegiyanın sədri
Cəfərov Vidadi Cəfər oğlu  - Cinayət Kollegiyasının sədri 
Zeynallı Fərmayıl Gülmalı oğlu  - Hərbi Kollegiyanın sədri
Şirvan Apellyasiya Məhkəməsi üzrə:
Novruzov Ələsgər Əli İskəndər oğlu  - sədrin müavini 
Babayev Zəki Baba oğlu  - Mülki Kollegiyanın sədri
Həsənov Müşfiq Kamil oğlu  - İnzibati-İqtisadi Kollegiyanın sədri
Camalov Etibar Əli oğlu  - Cinayət Kollegiyasının sədri 
Cəfərov Rafiq Musa oğlu  - Hərbi Kollegiyanın sədri
Şəki Apellyasiya Məhkəməsi üzrə:
Hüseynov Mirbahəddin Mirdamət oğlu  - sədrin müavini 
Məcidov Ələddin Tofiq oğlu  - Mülki Kollegiyanın sədri
Abbasov Gündüz Qasım oğlu  - İnzibati-İqtisadi ­Kollegiyanın sədri
Eyvazov Akif Məhərləm oğlu  - Cinayət Kollegiyasının sədri 
Hüseynov Elçin Şirin oğlu  - Hərbi Kollegiyanın sədri
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2018-ci il

22 Dekabr 2018 01:35 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə