Bolqarıstanın paytaxtı Sofiyada davam edən batut gimnastikası üzrə dünya yaş qrupları yarışlarında milli komandamızın iki üzvü fəxri kürsünün zirvəsinə yüksəlib. Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan təmsilçilərimiz Maqsud Mahsudov və Hüseyn Abbasov bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar. Qeyd edək ki, tamblinq gimnastikası üzrə 17-21 yaş kateqoriyasında çıxış edən millimizin üzvü Tofiq Əliyev gümüş medala sahib olub.