Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ruslar “Moskviç”ə qayıdır

Moskvadakı keçmiş “Renault” zavodunda “Moskviç” avtomobillərinin seriyalı yığılmasına başlanılıb. TASS xəbər verir ki, bu günlərdə zavodun açılış mərasimi keçirilib. Mərasimdə Baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov, Moskva meri Sergey Sobyanin və “Moskviç” zavodunun baş direktoru Dmitri Pronin iştirak ediblər. Məlumata görə, yeni model “Moskviç 3” adlanır. Qeyd olunub ki, “Moskviç” elektromobilləri 2025-ci ildə rus akkumulyatoru və mühərriki ilə təchiz olunacaq. Xatırladaq ki, bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra dünyanın əllidən çox ölkəsi Rusiyaya qarşı maliyyə sanksiyaları tətbiq ediblər. Qərbin aparıcı dövlətləri Rusiya ərazisində fəaliyyət göstərən maşınqayırma zavodlarını bağlayıblar.
27 Noyabr 2022 09:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə