Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə “Big Data” araşdırmaları

Bu günlərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Big Data” analitikası problemləri üzrə tədqiqatlar aparılıb. Bu barədə Elmi şuranın növbəti iclasında məlumat verilib. Hesabatı təqdim edən texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyətindən söz açaraq “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda aparılan tədqiqatlardan bəhs edib. O, “Big Data” mühitində intellektual potensialın qiymətləndirilməsinin nəzəri-metodoloji əsaslarının tədqiqi, formalaşdırılması xüsusiyyətləri, həmçinin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübənin, eləcə də informasiya cəmiyyəti şəraitində insan resurslarının miqrasiyası problemləri ilə bağlı araşdırmaların nəticələrinin məqalə və konfrans materiallarında öz əksini tapdığını diqqətə çatdırıb. Şöbə müdiri “Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi”, “Şəbəkə trafiki verilənlərində anomaliyaların (DoS hücumların) aşkarlanması metodlarının analizi”, “İnternetmedia resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” və digər mövzular üzrə aparılan tədqiqatları diqqətə çatdırıb, onların nəticələri barədə məlumat verib.
27 Noyabr 2022 11:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə