Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngəzur dəhlizi–dünyanın faydalanacağı layihə

Son illər ərzində ölkəmizin tranzit potensialının reallaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı nəticəsində iqtisadiyyatımızın səmərəliliyi artırılıb. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirməklə bərabər, dünya ölkələrinin iqtisadiyyatının böyüməsində önəmli amilə çevrilib.

Beynəlxalq sahədə də respublikamız tərəfindən TRASEKA, “Şimal-Cənub” kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri gerçəkləşdirilib. Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edən Bakı–Tbilisi–Qars dəmir yolu bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsi yaradıb, Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə bu yoldan səmərəli istifadə edilib. 

 

“Şərq–Qərb” nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı–Tbilisi–Qars dəmir yolu nəqliyyatı ilə hazırda bir sıra ölkələrin yükləri Avropaya və əks istiqamətə daşınır. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artır, bu yoldan istifadə edən bütün dövlətlər arasındakı əməkdaşlıq dərinləşir. BTQ 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır. Liman infrastrukturu üzrə logistika da yaxşılaşdırılıb, bununla əlaqədar tranzit yük daşıması üstünlüyünə nail olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyər artırılıb. Yeri gəlmişkən, bu liman İpək yolu layihəsi çərçivəsində həyata keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsidir. Son vaxtlar bu infrastrukturda vaqonların daşınmasında və konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb.

 

Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfransda bununla bağlı deyib: “Başqa nə işlər görmüşük? Biz nəqliyyat şirkətlərimizin birgə səylərini bir araya gətirmişik. Çünki əvvəllər, bu şirkətlərin bir növ daha korporativ siyasəti var idi. Mən Azərbaycan dəmir yollarını, dəniz limanını, Xəzər dəniz gəmiçiliyini və bəzi başqalarını nəzərdə tuturam. İndi bizdə tam koordinasiya var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu prosesi koordinasiya edir. Beləliklə, Azərbaycanda vahid pəncərə olacaq ki, bu da bürokratiyanı minimuma endirməklə bu marşrutdan istifadə etmək istəyən şirkətlərin işini asanlaşdıracaq...”. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən nəqliyyat şirkətlərinin səmərəliliyi məsələsinə də toxunulub. Belə ki, respublikada bütün nəqliyyat şirkətlərində korporativ idarəçilik meyarlarının işə salınması ilə artıq müsbət nəticələr qeydə alındığı bildirilib.

27 Noyabr 2022 11:32 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə