Ən son xəbərlər
Növbəti həftə (noyabrın 28-30 və dekabrın 2-si tarixləri) daha 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
İB-dən "Xalq qəzeti"nə bildirilib ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı), 2-ci günü saat 14:00-dan 15:00-dək Oğuz rayonunda (Zərifə Əliyeva Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək isə Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Şəki şəhərində (M.F.Axundov Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Köhnə versiyamızdan xəbərləri izlə