Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu”nun sədr müavini Qaxda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov noyabrın 25-də Qax şəhərində Qax və Şəkidən olan vətəndaşlarla görüşüb.

ASC-dən "Xalq qəzeti"nə bildirilib ki, qəbuldan əvvəl “Azərsu”nun sədr müavini və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.

Qax Şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Qax və Şəkidən olan 29 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

26 Noyabr 2022 15:53 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə