Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna KİV-ləri: Azərbaycan Makrona görə Ermənistanla sülh danışıqlarından imtina edir

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Ermənistanla danışıqlara dair səsləndirdiyi fikirləri geniş şəkildə işıqlandırılıb.

"Xalq qəzeti" AZƏRTAC-a istinadla xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentlikləri, “Ukrayinskaya Pravda”, “Antikor”, “UNN”, “ZN”, “NB” və digər xəbər portallarında dərc olunan “Azərbaycan Makrona görə Ermənistanla sülh danışıqlarından imtina edir” sərlövhəli məqalələrdə Prezident İlham Əliyevin mövqeyinə yer ayrılıb.

Məqalələrdə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşü İrəvanın Fransa Prezidenti Emmanuel Makronu bu işə cəlb etmək istəyinə görə ləğv etdiyini bildirib.

“Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək. Praqa görüşü oktyabrın 6-da idi. Bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir”, - deyə Prezident İlham Əliyevə istinadla məqalələrdə yazılıb.

26 Noyabr 2022 17:02 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə