Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Baksol yolu”nun 1100 metrlik hissəsində təmir işləri davam etdirilir

“İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan avtomobil yolunun 1100 metrlik hissəsində təmir işləri davam etdirilir. 

Bu barədə "Xalq qəzeti"nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təmir işləri çərçivəsində hazırda 15 min kv.m-dən çox sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihəyə uyğun sözügedən hissədə yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi və yolboyu köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılıb, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib.

“Baksol” avtomobil yolunun hazırda təmiri davam edən 1100 metrlik hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq. Sadalanan işlərin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur. 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3.21 km olan yolda aparılan işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir.

İşlərin aparıldığı müddət ərzində yolboyu təmir olunan hissə üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Bu üzdən sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xatırladaq ki, bundan öncə “Baksol yolu”nun 1400 metrlik hissəsində anoloji işlər icra olunaraq yekunlaşdırılıb. 

2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib. 

26 Noyabr 2022 17:57 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Yanvar 2023 | 12:43
Saxa türkləri

Köhnə versiyamızdan xəbərləri izlə