Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizə qaytarılmış daha 16 repatriantla bağlı sosial-reabilitasiya dəstək tədbirlərinə başlanıb

Azərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Bu barədə "Xalq qəzeti"nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib. 

Müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanıb.

İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır.

Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir.

Bu günədək İraq və Suriyadan 380-i uşaq, 29-u qadın olmaqla 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib. 

26 Noyabr 2022 14:33 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
29 Yanvar 2023 | 11:32
Qışda hansı ədviyyat?
27 Yanvar 2023 | 01:30
Mənzil almağa tələsin!
25 Yanvar 2023 | 02:05
5 ildə 4 sosial paket

Köhnə versiyamızdan xəbərləri izlə