Ən son xəbərlər
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər davam etdirilir.
Bu barədə "Xalq qəzeti"nə agentliyin Mətbuat xidmətindən məlumat verilib.
Fitosanitar nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən göbələk istehsalı təsərrüfatında növbəti monitorinq aparılıb. Monitorinq zamanı təsərrüfatda yetişdirilən şampinyon göbələyindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb edilib. Müayinələr nəticəsində nümunələrdə zərərli orqanizm müəyyən edilməyib.
Monitorinq zamanı təsərrüfatda çalışan əməkdaşlara, rast gəlinə biləcək zərərli orqanizmlər və onlara qarşı mübarizə tədbirləri, təhlükəsizlik qaydalarına əməl olunması kimi zəruri tövsiyələr verilib.
Köhnə versiyamızdan xəbərləri izlə