Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər Təşkilatlarının V Konqresi təşkil olunacaq

8-10 dekabr tarixlərində Gənclər Paytaxtı Tovuz şəhərində Gənclər Təşkilatlarının V Konqresi təşkil olunacaq. Konqres Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. 

Bu barədə "Xalq qəzeti"nə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Artıq 5-ci dəfə təşkil olunan konqres gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarə edilməsi sahəsində yeni mexanizimlərin yaradılmasını təmin etmək məqsədi ilə baş tutacaq.

Konqresdə iştirak etmək üçün qeyd olunan link https://forms.gle/4BBuK39auSEx9Xqm7  vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Qeyd: Konqresdə ancaq gənclər təşkilatlarının rəhbərləri iştirak edə bilər.

26 Noyabr 2022 10:20 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə