Ən son xəbərlər
Azərbaycan Könüllülər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşıl Könüllülər” adlı yeni layihəyə start verir. Layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.
Bu barədə "Xalq qəzeti"nə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Layihədə iştirak etmək üçün qeyd olunan linkdəki (https://forms.gle/57XNBxWoqDDXeD4cA) anketi dolduraraq elektron şəkildə müraciət edə bilərsiniz.
Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər.
Müraciət üçün son tarix: 1 dekabr 2022-ci il, saat 18:00 Əlaqə vasitəsi: [email protected]
Köhnə versiyamızdan xəbərləri izlə