Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Gürcüstan xarici işlər nazirlikləri konsulluq məsləhətləşmələri aparıblar

Noyabrın 25-də Azərbaycan və Gürcüstan xarici işlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Qiorqi Tabatadze, Azərbaycan Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkənin xarici siyasət qurumunun məsul əməkdaşları, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələrdə gündəlikdə duran, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və iclasın yekununda Protokol imzalanıb.

26 Noyabr 2022 09:41 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə