Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Stokholmda "Mədəniyyət kodu - Şuşa" mövzusunda açıq konfrans keçiriləcək

İsveçin paytaxtında "Mədəniyyət kodu - Şuşa" mövzusunda açıq konfrans keçiriləcək.

 "Xalq qəzeti" AZƏRTAC-a xəbər verir ki, konfransda Azərbaycandan və digər ölkələrdən Stokholma səfər edən alim və ekspertlər, Şuşa şəhərinin tarixi mədəni irsi haqda tarixi-sosioloji nöqteyi-nəzərdən bəhs edib mövzu ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Tədbirin aparıcısı "Qobustan" - İsveçdə Azərbaycan Aydınlar Ocağının başçısı, İsveçdə yaşayan professor Səadət Kərimi olacaq.

Tədbirdə Şuşanın qəhrəmanlıq ruhu, Pənahəli xanın şəhər konsepsiyası, Ağabəyim Ağa, Gövhər Ağa, Xurşidbanu Natəvan, Fatma Kəminənin timsalında mütərəqqi Şərq qadını obrazı və sirli Şuşanın ədəbi mühiti, musiqi təmtərağı, Şuşa adlı mədəniyyət kodunun çalarları və bir çox maraq doğuran faktlar haqqında bəhs ediləcək.

Qeyd edək ki, tədbir İMG Beynəlxalq Media Qrupu, “SAF” İsveç Azərbaycan Dərnəyi və "Qobustan" - İsveçdə Azərbaycan Aydınlar Ocağının təşkilatçılığı ilə baş tutacaq.

26 Noyabr 2022 09:14 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə