Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Rəsmi İrəvan, hər dəfə, KTMT iclasları ərəfəsi, bir qayda olaraq, sərhəddə təxribatlar hazırlayaraq gərginlik yaradır"

Yeganə Hacıyeva, 
politoloq 


Diqqət çəkən məqam İrəvana səfər edən Rusiya nümayəndə heyətinin budəfəki tərkibidir. Əvvəllər səfərlərdə KTMT-dəki Rusiya rəsmiləri, qurumun baş katibi və sair şəxslər iştirak edirdilər. Yəni heyətlərdə hərbi təsisatlarla bağlı rəsmilər də olurdu.


Budəfəki səfərə prezidentlə bərabər, həm də Təhlükəsizlik Şurasının rəhbəri də qatılıb. Bu o demək idi ki, ortada İrəvanla Moskvanın müzakirə edəcəyi ciddi məsələlər var və bu məsələlər iki ölkə arasındakı münasibətlə yanaşı, həm də regional kontekstdədir.
KTMT-nin bilavasitə dünənki görüşü haqqında onu deyim ki, təşkilatın Azərbaycana hərbi təzyiq barədə özünə xas revanşist gündəmi reallaşdıra bilməyən Ermənistanın baş naziri bəyan etdi ki, qurumun işi fiaskoya uğrayıb. Buna səbəb İrəvanın Azərbaycana qarşı planlarının pozulmasıdır. Yəni erməni məntiqi planları pozanın KTMT olduğu düşüncəsindədir.
Paşınyanın KTMT-nin sammitin- dəki təklifi bu idi ki, öz hərbi qüvvələri, ilk növbədə Rusiya sərhəd xidmətinin birləşmələri əvvəlcə Ermənistanla Azərbaycanın şərti sərhədində dayanmalı, sonra hazırda ölkəmizin Silahlı Qüvvələrinin mövqelərinin yerləşdiyi strateji yüksəklikləri tutmalıdır. O, faktiki olaraq, KTMT-ni
Azərbaycan qoşunları ilə döyüşə girməyə sövq edən təkliflər irəli sürürdü.
Ümumiyyətlə isə, rəsmi İrəvan,hər dəfə, KTMT iclasları ərəfəsi, bir qayda olaraq, sərhəddə təxribatlar hazırlayaraq gərginlik yaradır.
Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində həyata keçirdiyi sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini Ermənistan ərazisinə müdaxilə kimi təqdim edir. Bununla, öz aləmində, qurumun hərbi müdaxiləsini şərtləndirən zəmin formalaşdırır.
Yada salaq ki, Paşinyan bir neçə dəfə Rusiya sərhədçilərini və KTMT missiyasını Azərbaycanla bütün sərhəd boyu yerləşməyə çağırış etdi. Hətta,bir qədər də irəli gedərək, KTMT tərəfindən belə missiyanın həyata keçirilməyəcəyi təqdirdə başqa beynəlxalq formatlar axtaracağını da bildirdi. Bu baxımdan onun sərhəd boyunca Avropa İttifaqının mülki missiyasının yerləşdirilmək ideyasını vurğulamaq mümkündür.
Erməni baş nazir bütün bunların alınmadığını görəndə, ölkəsində KTMT-yə qarşı aksiyalar təşkil edir. İrəvanın Təşkilata etiraz əlaməti olaraq, Qərb yolunu seçdiyi görüntüsünün, bir növ, aşkar nümayişini təşkil edir. Bəli, KTMT görüşü ərəfəsi etirazlar da buna hesablanmışdı.
Ermənistan, demək olar ki, Azərbaycanın müttəfiqlərindən və tərəfdaşlarından – Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandan İrəvanın yerinə Bakı ilə sərhəddə silahlı münaqişəyə girməyi tələb edir. Bu azmış kimi, hələ onları şantajdan belə çəkinmir.

26 Noyabr 2022 05:41 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə