Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Maliyyə xidmətlərinin rəqəmsallaşması fonunda əhali və biznesin investisiyalar və İKT sahəsində savadlılığı artırılacaq"

Samid HÜSEYNOV,
İqtisadçı-ekspert



Son illərdə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin bank sektorunun likvid vəsaitlərinin həcmi dinamik artıb. Belə ki, Mərkəzi Bankın məlumatına əsasən, bankların nağd vəsaitləri, müxbir hesablardakı və maliyyə institutlarındakı depozitləri son 12 ayda 25 faiz yüksələrək, 15,8 milyard manata çatıb. Bununla da bank sektoru ümumi aktivlərin 36 faizini təşkil edib. 


Pandemiyadan sonrakı dövrdə bank sistemindəki bu sürətli artım tempinin artıq növbəti ildən daha mülayim inkişaf tendesiyasına keçəcəyi gözlənilir. Bu isə sektorun yüksəlməsinə dəstək olaraq yeniliklərin tətbiqi üçün ən optimal dövr hesab edilir.
Cari ilin 9 ayında əhalinin banklarda əmanəti 27 faiz artaraq 11 milyard manata yaxınlaşıb. Əhalinin dollarlaşma səviyyəsi isə qeyd olunan dövrdə 39,2 faiz təşkil edib. Bu da ötən dövr ərzində 4,4 faiz, bütövlükdə isə ölkənin depozit bazarında olan dollarlaşma əmsalından 10 bənd aşağı göstəriciyə çatıb. 
Bankların balans kapitalı da 10 faiz artaraq 5,3 milyard manata yüksəlib. Bu ilin ötən 9 ayında bankların toplam mənfəəti artıq 1 milyard manata yaxınlaşıb, xalis mənfəəti isə 683 milyon manata çatıb.    
Burada onu da diqqətə çatdırmaq istərdim ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən,  yaxın perspektivdə ölkəmizdə dövlət‒özəl sektor əməkdaşlığı çərçivəsində investor və kreditorların risklərinin sığortalanması sistemi təkmilləşdiriləcək, biznes kreditlərinə təminatların verilməsi mexanizminin əhatəliliyi genişləndiriləcək. Maliyyə xidmətlərinin rəqəmsallaşması fonunda əhali və biznesin investisiyalar və İKT sahəsində savadlılığı artırılacaq. 
Dayanıqlı iqtisadi artımın təmin olunmasında maliyyə sektorunun rolunun gücləndirilməsi üçün respublikada  uzunmüddətli kollektiv investorlar şəbəkəsinin yaradılmasının stimullaşdırılması, sığorta və korporativ qiymətli kağızlar bazarının dərinləşdirilməsi də nəzərdə tutulur. Bütün bunlarla bərabər, rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanlarının genişləndiriləcəyi planlaşdırılır. 
Yuxarıda sadalananlarla yanaşı, hökumət müvafiq qurumlar qarşısına sosial ödənişlərdə banklararası rəqabətin gücləndirilməsini, pensiya və müavinətlərin alınması üzrə bank seçimində sərbəstliyin təmin edilməsini qarşıya mühüm vəzifə kimi qoyub. 
Bu əsasda proqnozlara görə, maliyyə dərinliyini ifadə edən göstəricilər davamlı şəkildə yaxşılaşacaq,   iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatların həcmi 25 faiz artacaq, o cümlədən, ödəniş kartları ilə reallaşdırılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55 faizə çatacaq.

26 Noyabr 2022 05:14 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Yanvar 2023 | 09:14
Neft ucuzlaşıb
28 Yanvar 2023 | 06:28
Vahid reyestr yaradılacaq
28 Yanvar 2023 | 06:17
Əməkdaşlığa mühüm töhfə
27 Yanvar 2023 | 09:57
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə