Ən son xəbərlər
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda iqtisadi artımı 4,5 faiz səviyyəsində proqnozlaşdırıb.
Bankın “Transition Report 2022-23” hesabatında Azərbaycan qazına tələbatın perspektivdə yüksək olaraq qalacağı, bununla ümumi iqtisadi vəziyyətin inkişafının getdikcə sürətlənəcəyi də bildirilib.
Bundan əlavə, hesabatda cari il üzrə dövlət büdcəsinin ÜDM-də çəkisinin 17,1 faiz proqnozlaşdırıldığı, ötən il üzrə isə bu göstəricinin 4,1 faiz təşkil etdiyi qeyd edilib.
AYİB-in qiymətləndirmələrinə görə, 2023-cü il üçün Azərbaycanın prioritetləri iqtisadiyyatın dayanıqlılığını artırmaq üçün onun gələcəkdə şaxələndirilməsi siyasətinin davam etdirilməsi, dövlətin iqtisadiyyatda iştirakının azaldılması olmalıdır.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə