Ən son xəbərlər
Azərbaycan artıq dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi, həmçinin geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Ölkəmiz son 19 ildə beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verib, respublikamızın təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla gerçəkləşdirilib. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb.
Maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması da iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək verib. Bu sektorun mühüm hissəsini təşkil edən bank sistemində kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyib. Belə bir şəraitdə son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8 faizdən 44,3 faizə yüksəlib, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 9,9 milyard manat artaraq 17,1 milyard manata çatıb. Maliyyə sektorunun sağlamlaşdırılması üzrə həyata keçirilmiş tədbirlər sistemə etimadı yüksəldib.
Perspektivdə də bank sektorunun iqtisadiyyatın maliyyələşməsində iştirakının yüksəldilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Bunun üçün maliyyə inklüzivliyinin genişləndiriləcəyi, maliyyə xidmət-lərinin əlçatanlığı, əhali və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da artırılacağı nəzərdə tutulub.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə