Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaş qəbulu və sıra baxışı

Prezident İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 24-də Sumqayıt Şəhər Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.


Daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sonra şəhər polis idarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarından, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbula gələn 208 vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.
Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan məmnun olduqlarını, qalib ölkənin vətəndaşları olmaqdan qürur duyduqlarını bildirən sakinlər onların müraciətlərinə operativ yanaşılmasına, o cümlədən, göstərilən diqqətə və həssas münasibətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Həmin gün general-polkovnik V.Eyvazov həmin şəhər və rayonların polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı da keçirib.
Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 262 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 47-si Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, Vətən müharibəsi başa çatdıqdan sonra xidmətə qəbulla bağlı qüvvədə olan tələblərə uyğun gələn 1000 nəfərə yaxın müharibə iştirakçısı və şəhid ailələrinin üzvləri daxili işlər orqanlarında işlə təmin olunublar.

 

“Xalq qəzeti” 

26 Noyabr 2022 04:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə