Ən son xəbərlər
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışına start verilib. Azərbaycan Gimnastika Federasiyasından aldığımız məlumata görə, yarışın startından əvvəl gənc idmançıların nümunəvi çıxışları nümayiş olunub.
Noyabrın 27-dək davam edəcək birinci “Ocaq” beynəlxalq kuboku yarışında on üç ölkədən 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərində güclərini sınayırlar.
Qeyd edək ki, turnirin birinci günündə 2010-2016-cı il təvəllüdlü gimnastlar alətsiz və alətli güclərini sınayıblar.
Köhnə versiyamızdan xəbərləri izlə