Ən son xəbərlər
Azərbaycanın basketbol tarixində ilk dəfə olaraq bölgə təmsilçisi çempionat oyununu doğma divarlar arasında keçirəcək. Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Basketbol Liqasında 7-ci turun bağlanış oyununda yerli “Olimpik Şəki BK” komandası Şəki Olimpiya İdman Kompleksində, paytaxt klubu “Sabah BK” basketbolçularını qəbul edəcək. Qarşılaşma noyabrın 27-də saat 15:00 -da start götürəcək.
Qeyd edək ki, “Olimpik Şəki BK” basketbolçuları çempionatın qarşıdakı bütün ev oyunlarını Şəkidə keçirəcək. Bundan əlavə, Gəncə və Astara İdman Komplekslərində tamamlanma işləri yekunlaşdıqdan sonra adıçəkilən yerli komandalar da, öz ev oyunlarını doğma azarkeşlər önündə keçirəcəklər
Köhnə versiyamızdan xəbərləri izlə