Ən son xəbərlər
Azərbaycan Cüdo Federasiyasının (ACF) həkimləri 22-23 noyabrda Türkiyənin İstanbul şəhərində Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin Tibb Komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən seminarda iştirak ediblər.
ACF-in mətbuat xidmətindən aldığımız məlumata görə, seminar zamanı Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib.
O, gələn ildən etibarən Avropa Cüdo Birliyinin təşkil etdiyi yarışlarda komissar həkim kimi fəaliyyət göstərəcək. Ramil Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasında fəaliyyət göstərəcək ilk azərbaycanlı həkim olacaq.
Qeyd edək ki, Ramil Vəliyev 2012-ci ildən cüdo üzrə milli yığma komandalarında həkim vəzifəsində çalışır və 2021-ci ildən baş həkim təyin edilib.
Köhnə versiyamızdan xəbərləri izlə