Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parkinson xəstələri üçün implant

ABŞ-ın “Cells Report Physical Sciences” jurnalında dərc olunan məlumata  görə, Konnektikut Universitetinin alimləri parkinson xəstələri üçün yeni beyin implantı yaradıb.
 

Belə ki, yeni implant nəfəsalma nəticəsində  işləyərək öz funksiyasını yerinə yetirir. Tədqiqatın müəllifi olan İslam Mosa bildirib ki, bu implant idarə olunan beyin stimulyatorunu, səmərəli enerji yığımını və saxlamanı özündə birləşdirən ilk texnologiyadır.
İmplantın hansı funksiyaları yerinə yetirəcəyi insanlarda maraq doğurur.  
Qeyd edək ki, beyin implantı parkinson xəstələrinin nəfəs alması nəticəsində yaranan triboelektrik enerjidən yararlanır. Tənəffüs proseduru zamanı sürtünməyə səbəb olaraq superkondensatoru dolduran cərəyan yaradır və beyin stimulyatorunu gücləndirir. Alimlərin iddiasına görə, bu cür fiziki terapiyalar parkinson xəstəliyindən əziyyət çəkən xəstələrin titrəmə və depressiyanı idarə etməsinə kömək edir.
İmplantların batareyasının dəyişdirilməsi üçün  ildə iki dəfə əməliyyat keçirmək lazım gəlir.

26 Noyabr 2022 03:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə