Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan turizmi Polşada

Azərbaycanın turizm imkanlarının və mövcud turizm məhsullarının Polşada tanıdılması məqsədilə  noyabrın 24-dən 26-dək Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu “TT Warsaw” Beynəlxalq Səyahət Sərgisi və Dünya Səyahət Şousunda təmsil olunur.


Tədbirdə Azərbaycan nümayəndə heyətini hotel, turagentliklər və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla, ümumilikdə, 10 tərəfdaş təmsil edir.
Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə edilir, B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir.
Sərginin ilk günü Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova ölkə stendini ziyarət edib, sərgilənən təbliğat materialları ilə tanış olub.
Həmçinin, Polşanın “Fly4free”, “Twoj Styl/Bauer”, “Wiadomsci Turystyczne”, “WP.pl”, “RDC Review” kimi aparıcı media platformaları və agentlikləri ilə, eləcə də “Forbes”, “Business Traveller”, “National Geographic Traveler” kimi beynəlxalq nəşrlərin təmsilçiləri ilə görüşlər təşkil olunub.
Media nümayəndələri ilə görüş zamanı Azərbaycanın müxtəlif turizm məhsulları, o cümlədən təbiət, haykinq, xizəksürmə, şərab, milli mətbəx, polyak irsi kimi mövzulardan bəhs olunub. Azərbaycanın dörd turizm marşrutunun xəritəsi nümayiş etdirilib və müxtəlif turizm məhsulları ətrafında fikir mübadiləsi aparılıb.

26 Noyabr 2022 03:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə