Ən son xəbərlər
Nevropatoloqlar 833 könüllü arasında yarım ay ərzində qəbul etdikləri qidaların keyfiyyətini və həcmini, fiziki aktivlik səviyyəsini, yuxu rejimini, qlükoza səviyyəsini müəyyənləşdirərək müşahidələr aparıblar. İştirakçılara yalnız gündəlik olaraq özlərini necə hiss etdiklərini və yuxularını təsvir etmək tapşırılıb.
Müəyyən edilib ki, çox yatan insanlar oyaq olanda özlərini digərlərindən daha yaxşı hiss edirlər. İkincisi, yuxunun keyfiyyəti birbaşa gündəlik fəaliyyətdən asılıdır. Daha çox aktiv fəaliyyət yaxşı yuxuya bərabərdir. Üçüncüsü, rahat yatmaq üçün səhər yeməyini karbohidratlarla zənginləşdirmək məsləhət görülür. Amma proteinin çox qəbulu erkən oyanmağa mane olur.
Nəhayət, qanda qlükozanın səviyyəsinə nəzarət edilməlidir. Təcrübələr göstərir ki, səhər yeməyində çox qlükoza qəbul edənlərə nisbətən, karbohidratla zəngin qida yeyənlər gün ərzində daha gümrah olurlar.
Köhnə versiyamızdan xəbərləri izlə