Ən son xəbərlər
Qrip və koronavirus olan zaman xəstənin yataq rejiminə əməl etməsi vacibdir. Bu zaman arxası üstə yox, yanı üstə uzanmaq lazımdır. Kürəyi üstə yatmaq xəstəliyin simptomlarını dərinləşdirə, tənəffüs sisteminə, ağciyərlərə təzyiq yarada bilər.
Mütəxəssislər bildirirlər ki, böyrü üstə yatmaq havanın tənəffüs yolları ilə daha yaxşı dövr etməsinə səbəb olur. Kürəyi üstə uzananda isə qravitasiya bədənə təzyiq edir, bu zaman ağciyərlər, bronxlar daha çox sıxılır və tənəffüs çətinləşir. Nəticədə alveolların tutulması baş verir. (Alveollar karbon qazını alır, bronxlara verir, bronxlar nəfəs borusuna, nəfəs borusu burun vasitəsi ilə bayıra verir.) Bu zaman burunla tənəffüs çətinləşir, burun daha çox tutulur, bəlğəm boğaza yığılır.
Əgər ağciyərlərdə bəlğəm varsa, yanı üstə uzandıqda onların yumşalıb çıxması şansı da çoxalır. Horizontal vəziyyətdə tənəffüs ağırlaşır, qrip olan insana isə bu mənfi təsir edir.
Köhnə versiyamızdan xəbərləri izlə