Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xeyirdən çox zərər verən qida əlavələri

Artıq neçənci elmi araşdırmadır ki, alimlər bioloji aktiv qida əlavələrinin (BAD) xərçəng riskini yüksəltdiyini sübut edir. Hazırda apteklərdə çox satılan, həkimlərin hər reseptə əlavə etdiyi BAD- lar vitamin əskikliyini aradan qaldırmağa və qida rasionunu zənginləşdirməyə hesablanıb.


Elmi araşdırmalar isə göstərir ki, qida əlavələrini tez-tez qəbul edən insanlarda xərçəng daha çox aşkarlanır. Alimlər bunun mexanizmini aça bilməsələr də, BAD -ların molekulyar səviyyədə dəyişiklik yaratmasını ehtimal edirlər.
Tablet, toz, çay, suspenziya formasında olan qida əlavələri özündə mineral, vitamin və lazımlı maddələri cəmləşdirir. Bir çox insanlar xərçəngdən qorunmaq üçün belə əlavələri ömür boyu qəbul edir. Amma sübut olunub ki, həmin qida əlavələri sağlamlıq üçün elə də faydalı deyil və insanı xərçəngdən qorumur.
Bu o demək deyil ki, insanlar daha vitamin qəbul etməsin. Onların lazım olan dozada qəbul edilməsi faydalı olar.
Unutmamalıyıq ki, heç bir tablet, BAD təbii, faydalı, zəngin qidalanmanı əvəz etmir və bir neçə vitamin və mineralı özündə birləşdirən BAD-lar faydadan çox zərər verir.

 

26 Noyabr 2022 03:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə