Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaddaşınızı möhkəmləndirin

Balanssız və qeyri-sağlam pəhriz səbəbilə yaranan vitamin çatışmazlığı unutqanlığa yol açır. Çoxlarının qarşılaşdığı bu problemin qarşısını bəzi qidalar vasitəsilə almaq mümkündür. Beyin və yaddaşın güclənməsi üçün mütəxəssislər bir sıra faydalı məhsulları tövsiyə edirlər.


Balıq – beyin funksiyalarında “Omeqa -3” əhəmiyyətli mövqe tutur. Qızılbalıq bu vitaminlə zəngin olan dəniz məhsullarından biridir. Bununla yanaşı skumbriya, sardinya, siyənək də bu mineralla zəngin olan balıqlardandır.
Qaragilə – antioksidant maddə ilə zəngindir. Altsheymer və unutqanlığa qarşı faydalıdır.
Tünd şokolad – yüksək kakao və antioksidant tərkiblidir. Diqqəti artırır, yaddaşı gücləndirir.
Balqabaq – əhval-ruhiyyəni yaxşılaşdırır. Yuxusuzluq və depressiya vəziyyətində rahatlamağa kömək edir.
Çuğundur – tərkibində uzunmüddətli yaddaşı canlandırmaq üçün lazım olan polifenollar var. Altsheymer xəstəliyinin müalicəsi üçün faydalıdır. Qırmızı soğan da bura aid edilə bilər.
Kərəviz – E vitamini ilə zəngindir. Tərkibində B qrupu vitaminləri və Fol turşusu var. Yaddaşı gücləndirir.

 

26 Noyabr 2022 03:33 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə