Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bitkilər Ayda da yetişdiriləcək

“Lunaria One” şirkətində çalışan tədqiqatçılar Ayda bitki yetişdirmək üçün layihə hazırlıqlarına başlayıblar. Proqramda nəzərdə tutulan işlərin 2025-ci ilə qədər özəl kosmos missiyasının bir hissəsi olaraq həyata keçirilməsi  gözlənilir.


Tədqiqat üçün göndəriləcək toxumlar “Beresheet 2” kosmik gəmisi ilə Aya yola salınacaq. Mütəxəssislər ekstremal şəraitlərdə mövcudluğunu saxlaya bilən bitki növlərinin cücərməsi və böyüməsi prosesini müşahidə etməyi planlaşdırırlar. Avstraliyada yetişən və su olmadan uzun müddət yaşaya bilən “Micraira” bitkisinin toxumları da Aydan sınaqdan keçiriləcək. Alimlərin fikrincə, Ayda uzunmüddətli insan məskənlərinin qurulması üçün bitkilərin yetişdirilməsi vacibdir. Məhz bu yolla Ay sakinlərinin zəruri qida, dərman və oksigen tələblərini ödəmək mümkün ola bilər.  
Bundan əlavə, gələcəkdə, Ayda əldə olunacaq təcrübədən bəhrələnməklə, Yer kürəsində əlverişsiz iqlim şəraiti səbəbindən becərilməsi çətin olan  bəzi bitkilərin və qida məhsullarının yetişdirilməsi üçün optimal sistemlərin yaradılması mümkün olacaq. Bu isə kəskin iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyinin əsasını təşkil edə bilər. 

 

26 Noyabr 2022 03:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə