Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kosmosda qum saatına bənzər buludlar

Bugünlərdə qalaktikada Uebb kosmik teleskopu vasitəsilə qaz və tozlardan ibarət buludların qum saatına bənzəyən heyrətamiz təsvirləri əldə edilib. Müəyyən olunub ki, yeni ulduzlar məhz belə toz buludlardan yaranır. Amma bu, olduqca uzun çəkən prosesdir.   


Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti yazır ki, gələcəkdə yeni ulduza çevriləcək həmin buludlar zahirən kosmik qum saatları formasındadır.   Alimlər əvvəllər ulduzların ətrafında yerləşən bu toz buludlarını müşahidə etmək imkanına malik deyildilər, yalnız Uebb teleskopunun qurulmasından sonra bu maraqlı prosesi izləmək mümkün oldu.

Müşahidələr zamanı o da məlum olub ki, kosmik toz buludlar teleskopla yeni formalaşmaqda olan ulduz–protostar arasındakı məsafədə atmosferdəki tozların miqdarından asılı olaraq narıncı və mavi rəng çalarları alırlar. Buludlardakı toz təbəqəsi nisbətən nazik olanda narıngi, qalın olanda isə mavi rəngdə olurlar 
Uebb teleskopu yaxın infraqırmızı diapozonda müşahidələr üçün istifadə edilən NİRCam kamerasnın köməyilə şərti adı L1527 adlandırılan protostarın əvvəllər elmə məlum olmayan cəhətlərini aşkarlayıb. Qeyd edək ki, L1527 Yerdən 430 işıq ili məsafəsində yeləşir və hazırda formalaşma dövrünü yaşayır. 
Alimlərin sözlərinə görə sözügedən protostarın 100 min il yaşı var və indi yalnız ilkin yaranma mərhələsindədir. Protostar hələlik o qədər güclü olmadığı üçün onda istilik nüvə reaksiyası başlamayıb. Həmin reaksiya ulduzların mövcudluğunu təmin edən qüvvədir. 

26 Noyabr 2022 03:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə