Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrana xüsusi missiya göndərilir

BMT-nin İnsan Haqları Şurasında (İHŞ) İrandakı etiraz aksiyaları ilə bağlı məsələ müzakirə olunub və bu ölkədə insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün xüsusi missiya yaradılması barədə qətnamə qəbul edilib. Məlumatı TASS verib. 


Məlumata görə, qətnamənin lehinə 47 ölkədən 25-i səs verib. Ermənistan, Çin və Kuba da daxil olmaqla altı ölkə qətnaməni dəstəkləməyib, 16 ölkə isə bitərəf qalıb.
Qətnamədə bildirilir ki, şura 16 sentyabrda başlanmış etirazlar zamanı İranda insan hüquqlarının pozulması iddialarını araşdırmaq üçün müstəqil missiya yaradacaq. Missiyanın üzvlərini İHŞ sədri təyin edəcək. Araşdırmaların ilkin nəticələri İnsan Haqları Şurasının 2023-cü ilin yayında keçiriləcək 53-cü sessiyasında açıqlanacaq.
Qeyd edək ki, Almaniya və İslandiyanın təşəbbüsü ilə İrandakı vəziyyəti müzakirə etmək üçün sessiya çağırılıb. Görüş zamanı Venesuela, Çin, Kuba, Pakistan və Suriya nümayəndələri bu təşəbbüsü tənqid ediblər.

 

Paşa ƏMİRCANOV,  
“Xalq qəzeti”

26 Noyabr 2022 02:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Yanvar 2023 | 10:41
NASA-nın yeni “Boeing”ləri
15 Yanvar 2023 | 12:35
Pilotsuz tədqiqat gəmisi
15 Yanvar 2023 | 12:30
Bozcaadada Günəşin qürubu...

Köhnə versiyamızdan xəbərləri izlə