Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zelenski: Yaxşı xəbərlər olacaq

Ukrayna hərbçiləri ön cəbhədə əsas mövqeləri əldə saxlayır və bəzi istiqamətlərdə irəli getməyə hazırlıq görürlər. Bu barədə Prezident Volodimir Zelenski xalqa videomüraciətində bəyan edib. Məlumatı “Anadolu” verib. 


Dövlət başçısının sözlərinə görə, ön cəbhədəki vəziyyət daim diqqət mərkəzindədir, hərbçilər rəşadətlə müdafiə olunurlar. Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri Rusiyanın döyüş zonalarına əlavə qüvvələr gətirdiyini qeydə alır: “Amma bizim hərbçilər onların sayını sıfıra bərabərləşdirir”. 
Prezident deyib ki, işğalçı qüvvələrin Xersona və vilayətin digər ərazilərinə zərbələr endirdiyi barədə hər saat məlumat alır: “Belə terror aktlarına Rusiya ordusu Xersondan çıxmağa məcbur olandan sonra başlanıb. Bu, məğlubların qisasıdır. Onlar döyüşə bimirlər. Hazırda bacardıqları yalnız terror aktlarını reallaşdırmaqdır. İstər enerji, istər artilleriya, istər raket terroru olsun, budur, Rusiya bugünkü hakimiyyəti dövründə nə qədər deqradasiyaya uğrayıb”. 
Zelenski əlavə edib ki, yalnız Ukrayna torpaqlarının azad olunması və etibarlı təhlükəsizlik təminatı xalqı xilas edə bilər: “Tərəfdaşlarımızla bunun üçün hər gün çalışırıq. Tezliklə yaxşı xəbərlər olacaq”. 

 

Paşa ƏMİRCANOV,  
“Xalq qəzeti”

 

26 Noyabr 2022 02:36 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Yanvar 2023 | 10:41
NASA-nın yeni “Boeing”ləri
15 Yanvar 2023 | 12:35
Pilotsuz tədqiqat gəmisi
15 Yanvar 2023 | 12:30
Bozcaadada Günəşin qürubu...

Köhnə versiyamızdan xəbərləri izlə