Ən son xəbərlər
Avstriya Respublikasının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller Qötzburq Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
ATMU-nun rektoru İlham Mədətov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və Dövlət Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyevanın iştirakı ilə keçirilən görüşdə təhsil və tədrisin təşkili, inkişaf strategiyası məsələlərinə aydınlıq gətirilib.
Rektor İ.Mədətov ATMU və IMC Krems Tətbiqi Elmlər Universiteti arasında 15 il əvvəl bağlanan Azərbaycan- Avstriya Turizm Proqramının uğurlu təhsil siyasəti olduğu bildirilib. Söhbət əsnasında adıkeçən proqram çərçivəsində ixtisaslı kadrların hazırlanması işinin səmərəli təşkili, təhsilin keyfiyyəti, rəqabətliliyin artırılması məsələlərinə xüsusi önəm verilib.
Cənab səfir Azərbaycan-Avstriya Turizm proqramı üzrə tədrisə məsul əcnəbi müəllim-professor heyəti ilə görüşüb. AATP-da təhsil alan tələbələri salamlamaqdan məmnunluğunu bildirib.Turizm sahəsi üzrə ixtisaslı kadr kimi tanınmağı məqsəd bilən tələbələrə müasir bilik və peşəkar vərdişlərdən faydalanmağı tövsiyə edib.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə