Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Basketbol Liqasında 7-ci tura start verilib

“Sərhədçi” İdman Mərkəzinin idman zalında, “AAAF Xırdalan BK” və “Zirvə Astara BK” basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 7-ci turu start götürüb.

Azərbaycan Basketbol Federasiyasından (ABF) "Xalq qəzeti"nə bildiriblər ki, turun açılış oyununda “AAAF Xırdalan BK” basketbolçuları rəqibinə 98-94 hesabı ilə qalib gələrək çempionatda 4-cü qələbəni qazanıblar. Oyunun nəticəsinə görə, ən məhsuldar basketbolçular Devin Pullum (26 xal, 3 ribaund, “AAAF Xırdalan BK”) və Rasshard Kruikşenk (23 xal, 7 ribaund, “Zirvə Astara BK”) seçiliblər.

Qeyd edək ki, turun növbəti oyunları (“Gəncə BK” – “Sərhədçi PİK”, “Neftçi İK” – “NTD BK”, “Sabah BK” – “Olimpik Şəki BK”) noyabrın 26-27 –də keçiriləcək.

25 Noyabr 2022 10:17 - İDMAN
İDMAN
4 Fevral 2023 | 01:57
İdman xəbərləri
1 Fevral 2023 | 02:20
İdman xəbərləri
31 Yanvar 2023 | 01:59
İdman xəbərləri
29 Yanvar 2023 | 11:35
Fidanların sabaha uçuşu
28 Yanvar 2023 | 04:39
İdman xəbərləri
27 Yanvar 2023 | 03:38
İdman xəbərləri
26 Yanvar 2023 | 01:21
İdman xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə