Ən son xəbərlər
Rusiya və Türkiyə “Cənub axını” qaz kəmərinin terror təhlükəsindən qorunması üçün səyləri artırmaq məsələsinə baxırlar. Belə bir bəyanatla RF Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Dünən Peskovun jurnalistlərlə söhbəti zamanı qaz kəmərinə qarşı terror aktının qarşısının alınması məsələsinə toxunulub. Terrora cəhd barədə məlumatı Rusiya FTX yayıb. Peskov deyib: “Məsələyə baxılır. Buna ehtiyac var, çünki potensial təhlükə mövcuddur”.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə