Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-də Ukrayna müzakirəsi

Rusiyanın Ukraynaya raket və dron zərbələri endirməsi milyonlarla sakini işıqsız, susuz və istiliksiz qoyub. Son zərbələr nəticəsində 30-a qədər dinc sakin həlak olub, yaxud yaralanıb. Ölənlər arasında ikigünlük uşaq da var. Məlumatı BMT-nin mətbuat xidmətinə istinadən “Anadolu” verib.


Təhlükəsizlik Şurasına BMT Baş katibinin müavini Rozmari Dikarlonun verdiyi hesabatda bildirilir ki, Ukraynanın bir çox vilayəti sıfır dərəcədən aşağı temperaturda yaşamağa məhkumdur: “Bütün Ukrayna boyu mülki əhalinin və həyati vacib obyektlərin kütləvi şəkildə atəşə tutulması davam etdirilir. Bir gün əvvəl Kiyev, Odessa, Lvov, Nikolayev, Xarkov və Zaporojye raket və pilotsuz uçuş aparatları ilə yenidən vurulub”.
Ukraynanın XİN başçısı Dmitri Kuleba isə bəyan edib ki, Rusiya özünün hərəkətləri ilə sülh danışıqlarını mümkünsüz edir. Onun sözlərinə görə, ölkəsi öz ərazilərini azad etmək üçün mübarizəni davam etdirir. 

 

Paşa ƏMİRCANOV,  “Xalq qəzeti”

 

25 Noyabr 2022 03:22 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Fevral 2023 | 14:48
Musiqi notları necə yaranıb?
5 Fevral 2023 | 01:58
İranın uran yalanı

Köhnə versiyamızdan xəbərləri izlə